DataLife Engine > Dünya, BLOK XƏBƏR > Əsədin Obamaya gizli məktubu üzə çıxdı -

Əsədin Obamaya gizli məktubu üzə çıxdı -


5-09-2018, 09:24. Yerləşdirdi: Tural Əsədin Obamaya gizli məktubu üzə çıxdı -






Suriya prezidenti Bəşər Əsədin keçmiş amerikalı həmkarı Barak Obamaya göndərdiyi gizli məktubu üzə çıxıb.

“Xalqinfo” xarici mediaya istinadən xəbər verir ki, Əsəd İsraillə sülh danışıqları üçün Obamadan kömək istəyib. Məktub ABŞ-ın keçmiş xarici işlər naziri Con Kerrinin xatirələrini yazdığı “Hər gün əlavədir” kitabının nəşrindən sonra ictimaiyyətə məlum olub. Əsəd 2010-cu ildə İsraillə barışıq üçün Obamaya müraciət edib.

Kitabda “İsrailin 1967-ci ildəki müharibədən sonra işğal etdiyi Qolan Təpələrini Suriyaya qaytarması müqabilində rejimin bəzi addımlar atmağa hazır olduğu” yazılıb.



Əsədin məktubunu İsrailin baş naziri Binyamin Netanyahu ilə də paylaşdığını yazan Kerri onun suriyalı liderin təklifinə “təəccübləndiyini” qeyd edib.
Geri qayıt