DataLife Engine > Dünya, BLOK XƏBƏR > “İŞİD-i məhv etmədən Suriyadan çıxmayacağıq” -

“İŞİD-i məhv etmədən Suriyadan çıxmayacağıq” -


29-08-2018, 09:09. Yerləşdirdi: Tural “İŞİD-i məhv etmədən Suriyadan çıxmayacağıq” -






ABŞ-ın müdafiə naziri Ceyms Mettis mətbuat konfransı təşkil edib.

“Xalqinfo” xarici mediaya istinadən xəbər verir ki, nazir konfransda Suriya məsələsinə toxunub. Mettis ABŞ ordusunun yaxın günlərdə Suriyadan çıxacağı iddiası ilə bağlı bunları deyib:

“İŞİD-i məhv etməliyik. Birinci addım budur. İkinci addım İŞİD-in yerinə keçəcək yerli qoşunlara təlim keçməkdir. Üçüncü addım isə qarşıdakı Cenevrə görüşləridir. BMT-nin təyin etdiyi vaxt bu müharibəni həll etməyi hədəf qoyub. İŞİD yox edilmədən, yerli əhalinin təhlükəsizliyi təmin olunmadan Suriyadan çıxmayacağıq”.
Geri qayıt