DataLife Engine > Dünya, BLOK XƏBƏR > ABŞ-dan dünyaya xəbərdarlıq:

ABŞ-dan dünyaya xəbərdarlıq:


4-08-2018, 13:45. Yerləşdirdi: Tural  ABŞ-dan dünyaya xəbərdarlıq:



ABŞ-ın əlində Rusiyanın Şimali Koreyaya qarşı BMT sanksiyalarını pozması haqqında yeni və etibarlı məlumatlar var.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, hazırda Rusiya Şimali Koreya şirkətləri ilə birgə müəssisələrin yaradılmasına izn verir:

“Vaşinqton istənilən pozuntuya qarşı çox ciddi yanaşır. Əgər bu məlumatlar dəqiq olsa, o zaman biz onu sanksiyaların pozulması kimi qəbul edəcəyik. Mən Şimali Koreyaya qarşı sanksiyalarla bağlı qətnaməyə səs verən hər ölkəyə xatırlatmaq istəyirəm ki, bu, ciddi məsələdir və biz bunu Moskva ilə müzakirəyə hazırıq. Ümid edirik ki, ruslar və digər bütün ölkələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edəcəklər”.
Geri qayıt