DataLife Engine > Dünya > Britaniya ordusunda rəzalət -

Britaniya ordusunda rəzalət -


24-12-2017, 14:09. Yerləşdirdi: sefa Britaniya ordusunda rəzalət - Əfqanıstanda xidmət edən Britaniya hərbçiləri komandanlıq tərəfindən onların hər birinə Yeni il şənlikləri üçün 1 funt ayrılmasından narazı qalıblar.

Axar.az xəbər verir ki, bu barədə “Sandi Tayms” informasiya yayıb.

Məlumata görə, ABŞ hərbçiləri bayramı geniş miqyasda qeyd etdiyi halda 500 britaniyalı əsgər üçün cəmi 502 funt pul ayırılıb.

“ABŞ və Britaniya yanaşmalarında fərqlər var. Bizim ordumuzda ABŞ-da olduğu qədər pul yoxdur. Hətta danimarkalılar və monqollar da öz hərbçiləri üçün daha çox iş görürlər”, - Kabildəki Britaniya əsgərlərindən biri deyib.
Geri qayıt