DataLife Engine > Dünya > Danimarkada narkotik alverçisi taksini polis avtomobili ilə səhv saldı

Danimarkada narkotik alverçisi taksini polis avtomobili ilə səhv saldı


24-12-2017, 13:49. Yerləşdirdi: sefa Danimarkada narkotik alverçisi taksini polis avtomobili ilə səhv saldıKopenhagendə narkotik alverçisi səhvən taksi əvəzinə polis avtomobilinə əyləşib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Danimarka polisinin Twitter səhifəsinə məlumat verilib.

Hüquq-müdafiə orqanlarında bildiriblər ki, üzərində narkotik olan və tələsən şəxs taksini polis maşını ilə səhv salıb.

“O polis avtomobilində getdiyini öyrənən çox təəccübləndi”, - məlumatda deyilir.

Qeyd olunur ki, saxlanılan şəxsin üzərindən 1 kiloqrama yaxın yüngül narkotik götürülüb.
Geri qayıt