DataLife Engine > Dünya > Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu

Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu


23-12-2017, 15:11. Yerləşdirdi: sefa Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturduCümə günü axşam saatlarında Yunanıstanın Traqonisi adası yaxınlığında Panama bayrağı altında üzən “Little Seyma” gəmisi saya oturub.

Xalqinfo.az-ın “Moskovski Komsomoleç” nəşrinə istinadən məlumatına görə, göyərtəsində doqquz ukraynalı və üç azərbaycanlı olan gəmi 2700 ton Rusiya ununu daşıyırdı. Yük Kipr adasının cənub-şərqində “Famaqusta” liman şəhərinə çatdırılmalı idi.

Gəminin ekipaj üzvləri sahil mühafizə xidməti tərəfində təxliyyə olunub.
Geri qayıt