DataLife Engine > Dünya > Generala zəhər içdirən tribunal fəaliyyətini bitirdi

Generala zəhər içdirən tribunal fəaliyyətini bitirdi


22-12-2017, 11:55. Yerləşdirdi: sefa Generala zəhər içdirən tribunal fəaliyyətini bitirdiKeçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal öz fəaliyyətini başa çatdırıb.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, tribunal fəaliyyətini başa çatdırması ilə bağlı rəsmi mərasim Haaqadakı tarixi "Cəngavər" zalında keçirilib.

Qeyd edək ki, tribunal 1993-cü ilin 25 mayında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Tribunalın yaradılması ilə bağlı BMT TŞ-də təşəbbüsü Fransa irəli sürüb. Fəaliyyəti dönəmində tribunalda 161 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 90-nı məhkum edilib. Məhkəmə prosesləri zamanı ümumilikdə 5 min nəfər dindirilib. Məhkəmənin məsuliyyətə cəlb etdiyi şəxslər arasında Yuqoslaviyanın eks-prezidenti Slobadan Miloşeviç, Serbiyanın keçmiş vitse-prezidenti Voislav Şeşel, Serb Respublikasının ilk prezidenti Radovan Karadziç, serb generalı Ratko Mladiç olub. Bunlar sırasında yalnız Şeşel həbsdən yaxasını qurtara bilib. Miloşeviç isə həbsdə ölüb.

Tribunalın son böyük davası Bosniya xorvatlarının keçmiş lideri, general Slobodan Pralyaka qarşı olub. Məhkəmə zamanı Pralyak həbs qərarına etiraz edərək, zəhər içib və ölüb.
Geri qayıt