DataLife Engine > Dünya > Ağ Ev 64 dövlətə “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti verəcək

Ağ Ev 64 dövlətə “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti verəcək


22-12-2017, 11:13. Yerləşdirdi: sefa Ağ Ev 64 dövlətə “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti verəcəkABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.

Xalqinfo.az Report-a istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib.

O, həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda təşkil olunacaq tədbiri “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti adlandırıb.

Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək.

Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası Türkiyə və Yəmənin təqdim etdiyi “İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti” adlı qətnamə layihəsini təsdiqləyib. Sənədin lehinə 128 ölkə səs verib.

ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya qətnamə layihəsinin əleyhinə olub. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qalıb.

Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya daxil olmaqla, 21 ölkə səsvermədə iştirak etməyib.

Beləliklə, ABŞ yanvarın 3-də İsrail də daxil olmaqla, 64 dövlətin nümayəndəsinə “təşəkkür ziyafəti” verəcək.
Geri qayıt