DataLife Engine > Dünya > İki böyük şirkət Gürcüstanı tərk etdi

İki böyük şirkət Gürcüstanı tərk etdi


21-12-2017, 18:16. Yerləşdirdi: sefa İki böyük şirkət Gürcüstanı tərk etdiBöyük xarici investorlar Gürcüstanı tərk edirlər.

Xalqinfo.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın “Rezonansi” qəzeti çıxış edib.

“Son bir il ərzində Gürcüstanın bank bazarını Fransanın “Societe Generale” şirkəti, telekommunikasiya bazarını isə İsveçin “Telia Sonera” şirkəti tərk edib. İlkin baxışda görünür ki, ölkəyə investisiyalar daxil olur. Lakin bu investisiyalar az inkişaf etmiş ölkələr və ya ofşor zonalarından gəlir. Heç kimə bəlli deyil ki, bu investisiyaların arxasında kim dayanır. Böyük investorlardan ölkədə “Corcian Amerikan Eloiz” şirkəti qalıb, amma hökumət ona da problemlər yaradır”, – deyə məqalədə qeyd olunub.

Qəzetə açıqlama verən gürcü ekspert Georgi Qaqanizdze isə Gürcüstan bazarının böyük investisiyaları qəbul etməyə hazır olmadığını söyləyib:

“İnvestor anlamalıdır ki, böyük məbləği nəyə yatırır. Bazar hələlik buna hazır deyil. Ona görə də Gürcüstan hökuməti çalışmalıdır ki, maksimal şəkildə bazarı diversifikasiya etsin”.
Geri qayıt