DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > Saakaşvili sərbəst buraxıldı - Canlı yayım

Saakaşvili sərbəst buraxıldı - Canlı yayım


11-12-2017, 22:30. Yerləşdirdi: sefa Saakaşvili sərbəst buraxıldı - Canlı yayım
Bu gün Kiyevdə hakim qarşısına çıxarılan eks-prezident Mixail Saakaşvili məhkəmədə Gürcüstan və Ukraynanın himnini səsləndirib.

“Xalqinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yenidən həbsxanaya qaytarılacağı təqdirdə Saakaşvili aclıq aksiyasını davam etdirəcəyini bildirib. Siyasətçi, həmçinin özünü əsir götürülən əsgər kimi hiss etdiyini deyib:

“Mən qorxmuram. Göstərdim ki, prezident necə işləyə bilər və göstərəcəm ki, prezident necə ölə bilər. Əgər onlar məni həbsxanaya qaytarsalar sona kimi aclığa davam edəcəm. Lakin hər kəs biləcək ki, bu qətli kim təşkil edib”.

***

Hazırda məhkəmə heyəti fasiləyə çıxıb. Fasilədən sonra Saakaşviliyə hökm oxunacağı gözlənilir.

***

Müdafiə tərəfinin çıxışı başa çatdı. Hazırda ittiham tərəfi çıxış edir.

***

Məhkəmə heyəti növbəti dəfə müşavirəyə getdi.

***

Timaşenko məhkəmədə çıxış edir və hakimdən ədalətli qərarın Ukrayna üçün önəmli olduğunu bildirir.

***

Ukrayna Ali Radasının bir qrup deputatı Saakaşvili ilə bağlı keçirilən məhkəmədə çıxış edir. Onlar keçmiş qubernatora zamin durmağa hazır olduqlarını bildirdilər.

***

Saakaşvili məhkəmədə çıxış edir. Hakimin ədalətli qərarının Ukrayna xalqı üçün də önəmli olduğunu qeyd edir.

***

Hakimin qərarı ilə Mixail Saakaşvili məhkəmə zalından sərbəst buraxıldı.



Geri qayıt