DataLife Engine > Dünya > Mahmud Abbas Fələstin xalqını silahlı mübarizəyə çağırdı

Mahmud Abbas Fələstin xalqını silahlı mübarizəyə çağırdı


8-12-2017, 00:00. Yerləşdirdi: sefa Mahmud Abbas Fələstin xalqını silahlı mübarizəyə çağırdı
Mahmud Abbas Qüds və işğal altında olan digər əraziləri azad etmək üçün Fələstin xalqını silahlı mübarizəyə çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Ahaber” nəşri yazır.

Məlumata əsasən, Fələstin lideri bu barədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bəyan edib.

Mahmud Abbas qeyd edib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur.

“Qüds ərəb müsəlmanları və xristianların şəhəridir. Qüds Fələstin dövlətinin əbədi paytaxtıdır. Bu qərarla rəsmi Vaşinqton beynəlxalq və ikitərəfli sülh prosesinə zərbə vurdu. Belə qənaətə gəlmək olar ki, ABŞ sülh yolu ilə danışıqlardan kənara çıxıb”, - deyə Mahmud Abbas bildirib.
Geri qayıt