DataLife Engine > Dünya > “Güclü olmaq haqlı olmaq demək deyil” -

“Güclü olmaq haqlı olmaq demək deyil” -


7-12-2017, 12:11. Yerləşdirdi: sefa “Güclü olmaq haqlı olmaq demək deyil” - Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ dövlət başçısı Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verib.

Xalqinfo.az xəbər verir ki, Türkiyə lideri bu məsələni prezident Vladimir Putinlə müzakirə etmək niyyətində olduğunu bəyan edib:

“Mən Trampın Qüdslə bağlı bəyanatından sonra sadəcə islam ölkələri liderləri ilə deyil, qərb ölkələri başçıları, həmçinin Roma papası ilə də telefon danışıqlarını davam etdirirəm. Çünki bu mövzu təkcə müsəlmanlara deyil, hər kəsə toxunur.

Ərdoğan əlavə edib ki, ABŞ indiyə qədər heç kimin pozmadığı BMT-nin 1980-ci ildəki Qüdslə bağlı qərarını çiynəmiş olub: “Başa düşmək olmur ki, Tramp bu qərarı ilə nə deməyə çalışdı. O, indi mikser rolunu oynayır, bütün regionu həyəcanlandırır. Qüds müsəlman, xristian və yəhudilər üçün müqəddəs yerdir. Belə bir addım bu region üçün yanan kibrit kimidir.

Liderlər münaqişələri alovlandırmamalıdırlar, sülhü bərqərar etməlidirlər. Əgər Tramp hesab edirsə ki, o belə güclüdür və bu səbəbdən haqlıdır, o zaman yanılır. Güclü olmaq haqlı olmaq demək deyil”.


Geri qayıt