DataLife Engine > Dünya > Rusiya Baş Qərargahı: Suriya İŞİD-dən tam azad olundu

Rusiya Baş Qərargahı: Suriya İŞİD-dən tam azad olundu


6-12-2017, 21:11. Yerləşdirdi: sefa Rusiya Baş Qərargahı: Suriya İŞİD-dən tam azad olundu
Suriya tamamilə İŞİD terrorçularından azad edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RF Baş Qərargahının rəisi Valeri Gerasimov bəyan edib.

Onun sözlərinə görə, general Həsən Suhelin və 5-ci könüllü hücum korpusunun qoşunları Deyr-əz-Zor vilayətində yaraqlıların son sığınacaqlarını məhv ediblər. Əməliyyat zamanı Salihiya, Əl-Hreyta, Əl-Katya və Musalaha yaşayış məntəqələri azad olunub.

“Bununla da Suriyada İŞİD tabeçiliyində olan ərazi qalmayıb” , - V. Gerasimov bildirib.

O həmçinin qeyd edib ki, müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putini bu barədə məlumatlandırıb.
Geri qayıt