DataLife Engine > Dünya > Qazaxıstanda FETÖ əməliyyatı:

Qazaxıstanda FETÖ əməliyyatı:


17-11-2017, 18:40. Yerləşdirdi: sefa Qazaxıstanda FETÖ əməliyyatı:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan ziyarətindən sonra ölkədə genişmiqyaslı FETÖ əməliyyatı başlanılıb. Saxlanılan bir çox şəxs rəsmi Ankaraya təhvil verilsə də, təşkilatın liderləri Qırğızıstana qaçıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Star” qəzeti informasiya yayıb.

Məlumata görə, Ərdoğanın sentyabrda baş tutan səfəri zamanı gündəmə gətirilən “FETÖ-nun Orta Asiya təşkilatı” məsələsi ilə bağlı ilk tədbirlər həyata keçirilib. Əməliyyat nəticəsində bir çox şəxs saxlanılıb, hətta bir sıra iş adamı ölkədən deportasiya edilib. Əməliyyatlardan qabaqcadan xəbər tutan bir qrup təşkilat üzvü Qazaxıstanı tərk edərək Qırğızıstana qaçıb.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzeti Qırğızıstanı FETÖ-nün Orta Asiyadakı qalası kimi təqdim edib. Təşkilatın 25 ildir mövcud olduğu Qırğızıstanda hakimiyyətə ciddi təsir etdiyi və çevriliş edə biləcək gücə sahib olduğu qeyd olunub. Türkiyənin bütün cəhdlərinə baxmayaraq, Qırğızıstanın FETÖ-yə dəstək verdiyi vurğulanıb.
Geri qayıt