DataLife Engine > Dünya > Ər arvadını avtomobilə mindirib diri-diri yandırdı -

Ər arvadını avtomobilə mindirib diri-diri yandırdı -


17-10-2017, 01:48. Yerləşdirdi: sefa Ər arvadını avtomobilə mindirib diri-diri yandırdı -
Avtomagistral yolda arvadını döyüb maşının içərisinə qoyan kişi onu diri-diri yandırdıqdan sonra yoldan keçən taksiyə oturaraq hadisə yerindən uzaqlaşıb.

Publika.az xəbər verir ki, dəhşətli cinayət hadisəsi Nyu-Yorkda baş verib. Kənardan keçən hadisə şahidləri insidenti anbaan lentə alaraq, sosial şəbəkələrə yükləyiblər.

Nyu-York polisi cinayəti törədənin kimliyini müəyyənləşdirməyə çalışır.

Hadisə yerinə gələn yanğınsöndürən briqada qadının yanmış cəsədini maşından çıxarıb. Cəsəd ekspertiza üçün xəstəxanaya göndərilib.



Geri qayıt