DataLife Engine > Dünya > Kadir Topbaş istefa verdi

Kadir Topbaş istefa verdi


22-09-2017, 20:07. Yerləşdirdi: sefa Kadir Topbaş istefa verdi
İstanbul Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş tutduğu vəzifədən istefa verdiyi canlı yayımda açıqlayıb.

“Xalqinfo” xəbər verir ki, 13 ildir vəzifədə olan K.Topbaş bu müddətdə heç kimə xəyanət etmədiyini bildirib:

“Mənə verilən əmanətə baxmaq üçün şəxsi həyatıma vaxt ayıra bilmədim. İstanbul üçün çox işlər gördük. Bu işləri görərkən hər zaman yaddaşlarda yaxşı xatırlanmaq üçün çalışdıq. Səhvlər etmiş oal bilərik. Xəta ilə xəyanəti qarışdırmaq olmaz. Qürurluyam. Mənə qəlbində yer ayıran hər kəsə təşəkkür edirəm”.

K.Topbaş sözlərinə əlavə edib ki, vəzifədən ayrılsa da, AKP-yə üzvlüyü davam edir.


Geri qayıt