5 yaşlı uşağın barmaqları eskalatorda qırıldı - Video
12-09-2017, 20:51. Yerləşdirdi: sefa
Anasının yanında eskaltorla düşən 5 yaşlı uşaq diqqətsizlik səbəbindən dəhşətli anlar yaşayıb.
Publika.az xəbər verir ki, hadisə Çinin geniş ticarət mərkəzlərindən birində qeydə alınıb.
Qadın yanında uşaq ilə eskalatora minir. Uşaq eskaltorda yerə oturaraq eskalatorun kənarındakı fırçayla oynayıb. Ehtiyatsızlıqdan əli pilləkənlərin arasında qalan uşaq bir anda qışqırıb.
Anası dərhal uşağın əlini çıxartmağa çalışsa da, müvəffəq ola bilməyib. Uşağın köməyinə pilləkənlərin başında olan bir qadın yetişib.
Xəstəxanaya çatdırılan uşaq dərhal əməliyyat edilib. Onun 5 barmağının hamısı sınıb.
[media=https://www.mynet.com/tv/embed/4504724]
Geri qayıt