DataLife Engine > Dünya > Barselona polisindən terrorçuların türk restoranına girməsi xəbərinə reaksiya

Barselona polisindən terrorçuların türk restoranına girməsi xəbərinə reaksiya


17-08-2017, 23:31. Yerləşdirdi: sefa Barselona polisindən terrorçuların türk restoranına girməsi xəbərinə reaksiya
İki terrorçu Barselonanın Karrer Tallers küçəsində yerləşən "Luna de İstanbul" adlı türk restoranına girərək, müştəri və personalı girov götürüb. Girovların azad edilməsi üçün hazırda polisin terrorçularla danışıq apardığı bildirilir.

Qeyd edək ki, İspaniyanın Barselona şəhərində terrorçu ağ mikroavtobusu izdihamın üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Terrorçu hadisə yerindən qaça bilib. Hazırda polis terrorçunun izinə düşüb.

***

Kataloniya polisi terrorçuların restorana hücumunu təkzib edib. Polisin verdiyi məlumata görə, terrorçuların restoranda girov götürməsi və gizlənməsi xəbərləri həqiqəti əks etdirmir.
Geri qayıt