DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > Barselonadakı terroru törədənin kimliyi bilindi - Foto

Barselonadakı terroru törədənin kimliyi bilindi - Foto


17-08-2017, 22:26. Yerləşdirdi: sefa Barselonadakı terroru törədənin kimliyi bilindi - Foto
Polis Barselonada, Las Ramblas turizm bölgəsində avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirib.

Publika.az bildirir ki, bu barədə "El Pais" nəşri Mülki Qvardiyadakı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Qeyd edək ki, o, Barselona şəhərində mikroavtobusu kütlənin üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.

Barselonadakı terroru törədənin kimliyi bilindi - Foto
Geri qayıt