DataLife Engine > Dünya > 10 yaşlı uşaq ana oldu -

10 yaşlı uşaq ana oldu -


17-08-2017, 21:46. Yerləşdirdi: sefa 10 yaşlı uşaq ana oldu -
Hindistanda çox dəhşətli hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, yaxın bir qohumu tərəfindən zorlanan və hamilə qalan 10 yaşlı uşaq doğuş həyata keçirib. Onun bir qızı dünyaya gəlib. Ali Məhkəmə aborta icazə verməmişdi.

Ailə 28 iyulda məhkəməyə müraciət etsə də, hamiləliyin 32-ci həftəsi olduğu üçün məhkəmə aborta icazə verməmişdi. Həkimlərdən ibarət bir heyət "hamiləliyin bu mərhələsində abort son dərəcə risklidir"-rəyi vermişdi.

Uşağı zorlayan şəxs həbs edilib. O, məhkəmə qarşısında cavab verəcək.

Hindistan qanunları hamiləliyin 20-ci həftəsindən sonra aborta icazə vermir. Amma əgər həkimlər ananın həyatının təhlükədə olduğu barədə məhkəməyə rəy versələr, aborta icazə verilir.

Qeyd edək ki, Hindistanda hər 155 dəqiqədən bir azyaşlı uşaq zorlanır.
Geri qayıt