DataLife Engine > Dünya > Saakaşvili Ukraynaya sentyabrın 10-da qayıdacaq

Saakaşvili Ukraynaya sentyabrın 10-da qayıdacaq


16-08-2017, 22:49. Yerləşdirdi: sefa Saakaşvili Ukraynaya sentyabrın 10-da qayıdacaq
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdacağı tarixi açıqlayıb. Modern.az xəbər verir ki, Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.

Özünün “Feysbuk” səhifəsində bu barədə məlumat verən M.Saakaşvili qeyd edib ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacaq: "Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”.

Qeyd edək ki, M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir. Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini bəyan edib.
Geri qayıt