DataLife Engine > Dünya > Sərnişin gəmisi çayda batdı:

Sərnişin gəmisi çayda batdı:


16-07-2017, 22:24. Yerləşdirdi: sefa Sərnişin gəmisi çayda batdı:
Sərnişin gəmisinin qəzaya uğraması 27 nəfərin həyatına son qoyub.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Konqo Demokratik Respublikasında qeydə alınıb. Ölkənin cənub-qərbindəki Kasai çayında qeydə alınan qəza zamanı 54 nəfər itkin düşüb.

Məlumata görə, ölənlərin əksəriyyəti tətilə yollanan tələbələr olub. Hadisəyə səbəb kimi isə gəminin həddən artıq yüklənməsi, yaxud gəminin kapitanının sərxoş vəziyyətdə olması göstərilir.
Geri qayıt