DataLife Engine > Dünya > Parisdə musiqi qrupuna etiraz etdilər, çaxnaşma düşdü -

Parisdə musiqi qrupuna etiraz etdilər, çaxnaşma düşdü -


16-07-2017, 17:28. Yerləşdirdi: sefa Parisdə musiqi qrupuna etiraz etdilər, çaxnaşma düşdü -
Dünən Konqolu musiqi qrupu “Heritier Vatanabe”nin Parisdə verdiyi konsertdən öncə hadisə baş verib.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup şəxs qrupun səhnəyə çıxmasına mane olmaq istəyiblər və bu zaman polislə etirazçılar arasında çaxnaşma düşüb.

Paris Opera meydanında 200-ə yaxın etirazçı “Konqoda insanlar ölür, amma onlar burda konsert verir” deyərək konsertin dayandırılmasını istəyiblər.

Etirazçılar zibil qutularını və bir neçə avtomobili yandırıblar.

Polisin müdaxiləsindən sonra 3 nəfər saxlanılıb.
Parisdə musiqi qrupuna etiraz etdilər, çaxnaşma düşdü -

Geri qayıt