DataLife Engine > Dünya > KDR-də amerikalı jurnalist oğurlanıb

KDR-də amerikalı jurnalist oğurlanıb


15-07-2017, 20:15. Yerləşdirdi: sefa KDR-də amerikalı jurnalist oğurlanıb
Konqo Demokratik Respublikasında (KDR) üsyançılar nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Xalqinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı amerikalı jurnalist və 11 yerli mühafizəçi oğurlanıb.

Agentliyin məlumatına görə, hadisə İturi əyalətinin Mambas şəhərində qeydə alınıb. Hücuma görə məsuliyyəti “May-May Simba” qruplaşması üzərinə götürüb. İnsident zamanı iki Britaniya vətəndaş iki və daha beş konqolu mühafizəçisi qaçıb gizlənə biliblər.

Təhlükəsizlik qüvvələri artıq oğurlanan şəxslərin axtasrışına başlayıb.


Geri qayıt