DataLife Engine > Dünya > Amerikalı diplomat İranı əqrəbə bənzətdi

Amerikalı diplomat İranı əqrəbə bənzətdi


30-06-2017, 18:58. Yerləşdirdi: sefa Amerikalı diplomat İranı əqrəbə bənzətdi
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında qurbağa və əqrəblə bağlı məlum təmsili nəql edib.

Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, N.Heyli bununla İranın etibarsızlığını və onun nüvə proqramı ilə bağlı razılaşmaya əməl edəcəyinə şübhələr olduğunu göstərmək istəyib.

“Əqrəb qurbağadan onu çaydan keçirməyi xahiş edir. Qurbağa ondan soruşur: “Hardan bilim ki, məni sancmayacaqsan?” Əqrəb cavab verir ki, belə olsa, onların hər ikisi həlak olacaq. Qurbağa bu məntiqi dəlil qarşısında əqrəblə razılaşır, onu kürəyinə götürür və birlikdə çayı keçməyə başlayırlar”, deyə N.Heyli bildirib.
“Ancaq yolun yarısında əqrəb onsuz da qurbağanı sancır. Qurbağa son nəfəsində soruşur: “Nə üçün?” Əqrəb cavab verir: “Ona görə ki, mənim təbiətim belədir”. – diplomat deyib.

Daimi nümayəndənin sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterrişin İranın nüvə razılaşmasına əməl etməsi ilə bağlı son hesabatı “İran rejiminin təbiətini mükəmməl dəlillərlə izah edir”.

Bundan başqa Heyli İranın Yaxın Şərqdə destruktiv və destabilləşdirici rol oynadığını iddia edib. O əlavə edib ki, İran Suriyadan tutmuş Yəmənədək, İraqdan tutmuş Livanadək terrorçu qrupları dəstəkləyir.

Diplomat ABŞ-ın İran rejiminin davranışlarına daha göz yummayacağını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton müttəfiqləri ilə birgə BMT qətnaməsi ilə İrana satışı qadağan olunan silah-sursatla dolu yükləri müsadirə edəcək, həmçinin sanksiyaların tətbiqinə səbəb olmuş şəxslərə fərdi sanksiyaları davam etdirəcək.
Geri qayıt