DataLife Engine > Dünya, BLOK XƏBƏR > Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:

Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:


7-05-2017, 12:32. Yerləşdirdi: sefa Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Şimali Koreyada gündəlik həyat, hərbi güc, siyasi və iqtisadi fəaliyyətlər ölkə haqqında sualları daha da artırır. Son dövrlərdə ABŞ-ı hədəf alan Şimali Koreya gündəmdən düşmür. Belə bir vaxtda Şimali Koreyanın indiyə qədər bilinməyən, qan donduran ölüm düşərgələri haqqında keçmiş mühafizəçi Lim Hye Jin "Daily Mail"ə müsahibə verib.

Xalqinfo.az xəbər verir ki, Şimali Koreyanın sirli ölüm düşərgələri haqqında dəhşətli faktların üstünü açan mühafizəçi ölkədəki dağların arxasında gizlədilən düşərgələrdə on minlərlə insanın həbs edildiyini deyib:

"İki qardaşım bu düşərgələrdə minlərlə adamın gözləri önündə öldürülüb. Onlar burada insanları vəhşicəsinə qətlə yetirir, günlərlə ac saxlayırdılar. Qadınlara, qızlara təcavüz edib, günlərcə işgəncələr verirdilər”.

O illərdə 20 yaşında olan Lim Hye Jin günlərlə ac saxlanıldığını, vəhşicəsinə döyüldüyünü qeyd edib:

“Dəfələrlə düşərgədən qaçmaq istəsəm də alınmayıb. Bir neçə dəfə qaçmaq istəyən insanlar tutularaq edam edildilər”.

Lim Hye Jin yaşadığı və şahidi olduğu daha dəhşətli hadisələrdən danışıb. Onun sözlərinə görə, bir gün düşərgədə saxlanılan qadınlardan birini möhkəm döyüb sonra dəfələrlə təcavüz edib diri-diri yandırıblar:

“Qadını soyundurub onu yandırmağa başladılar. Dərisi təmiz yanana qədər söndürməyə icazə vermirdilər. O qadının qışqırıq səsləri hələ də qulağımdadı”.

Ölüm düşərgələrində təxminən 200 min nəfərin saxlanıldığını deyən mühafizəçi onların buraya necə gətirildiyindən danışıb:

“İnsanları bu düşərgələrə iş-güc adı ilə cəlb edirdilər. İş axtaran insanlar onlara aldanaraq düşərgəyə gəlirdi və iş işdən keçmiş olurdu. Oradan çıxış yox idi. İnsanlar ya ağır işgəncələrdə, ya da aclığa dözə bilməyib ölürdülər. Orada işlədiyim müddətcə çox hadisələr gördüm. Mənə insanlara qarşı mülayim davranmağı qadağan edirdilər. Əks halda məni də cəzalandırırdılar. İndi düşünürəm, bütün bunlara şahid olduğum, orada xidmət etdiyim üçün təəssüf edirəm”.

Düşərgələrdə çox sayda azyaşlı uşaqlar olub. Onları valideynlərinin gözü önündə ölümə tərk ediblər. Valideynlərə “uşaqlarınızı xilas etmək istəyirsinizsə, mədənlərdə işləməlisiz” deyirdilər. Lakin bütün bunlar cəfəngiyat idi. Mədənlərdə insanları o qədər ağır şəraitdə işlədirdilər ki, onlar oradan sağ qayıtmırdılar. Buna görə də, bəzi insanlar ölüm bahasına belə olsa, uşaqlarını da götürüb düşərgələrdən qaçmağa cəhd edirdilər.

Düşərgələrdən çox az sayda insan sağ çıxa bilib. Onlarda fiziki cəhətdən güclü insanlar olub. Mədənlərdəki bəzi insanlar isə ağır işgəncələrə tab gətirib sağ qalıblar. Qalan bütün insanlar öldürülüb.(Publika)

Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Dünyanı dəhşətə gətirən ölüm düşərgəsi:
Geri qayıt