DataLife Engine > Dünya > 13 yaşlı qızı atasının 49 yaşlı dostu ZORLADI,

13 yaşlı qızı atasının 49 yaşlı dostu ZORLADI,


4-03-2017, 11:03. Yerləşdirdi: sefa 13 yaşlı qızı atasının 49 yaşlı dostu ZORLADI,
İki uşaq atası olan adam 13 yaşlı qıza təcavüz edib. Hadisə Türkiyənin İzmir bölgəsində yaşanıb.

Xalqinfo.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 13 yaşlı T.K 49 yaşlı M.A-nın ona təcavüz etdiyini heç kimə deməyib.

Lakin o hadisə nəticəsində hamilə qalıb və bədənindəki dəyişiklik ilk olaraq nənəsinin diqqətini çəkib. Qızı xəstəxanaya aparan ailə onun hamilə olduğunu öyrənib. Pedoqoqların nəzarəti altında ifadə verən T.K başına gələnləri polisə danışıb. O bildirib ki, anası və atası evdə olmayanda atasının dostu M.S onlara gəlib və təcavüz edib.

“Ağzımı bağlayaraq. Səni sevirəm, səninlə evlənəcəm dedi və mənə təcavüz etdi. Başqalarına deməməyim üçün də təhdid etdi. Mən də qorxumdan heç kimə deyə bilmədim”, - deyə 13 yaşlı qız bildirib.

Qızın ifadəsindən sonra polis M.A saxlanılıb. Qız isə müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Həkimlərin müayinəsindən sonra hamiləliyin 20 həftədən az olduğu müəyyən edilərsə, uşaq abort ediləcək.
Geri qayıt