DataLife Engine > Dünya > İrəvanda etiraz aksiyası keçirilib

İrəvanda etiraz aksiyası keçirilib


19-02-2017, 00:38. Yerləşdirdi: sefa İrəvanda etiraz aksiyası keçirilib
Bu gün İrəvanın Azadlıq meydanında Artur Sarkisyanın azad edilməsi tələbi ilə yürüş keçirilib.

Xalqinfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yürüş iştirakçıları İrəvan küçələri ilə hərəkət edərək “Məhbuslar xəstəxanası”na doğru irəliləyiblər.

Aksiya iştirakçıları Sarkisyana dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Artur Sarkisyan ötən ilin iyul ayında İrəvanda polis alayının binasını ələ keçirən “Sasna Tsrer” silahlı qrupuna dəstək verməklə ittiham edilib.
Geri qayıt