DataLife Engine > Dünya > Deputat terror təşkilində şübhəli bilinərək saxlanıldı

Deputat terror təşkilində şübhəli bilinərək saxlanıldı


12-01-2017, 12:36. Yerləşdirdi: sefa Deputat terror təşkilində şübhəli bilinərək saxlanıldı

Venesuela kəşfiyyat xidməti terror planlaşdırmaqda şübhəli bilinən deputatı saxlayıb.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət partiyasının liderlərindən olan Xilber Karonun saxlanılması ilə bağlı ölkənin vitse-prezidenti açıqlama verib. O bildirib ki, deputat Venesuela küçələrində terror aktları törətməyi planlaşdırıb.

Karo, həmçinin silah saxlamaqda və qonşu Kolumbiyada qeyri-qanuni görüşlər keçirməkdə ittiham edilir.
Venesuela müxalifəti isə bəyan edib ki, hökumət deputatı saxlamaqla qanunları pozub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt