DataLife Engine > Dünya > "Reina" terrorçusunun adı dəqiqləşdi:

"Reina" terrorçusunun adı dəqiqləşdi:


7-01-2017, 23:10. Yerləşdirdi: sefa "Reina" terrorçusunun adı dəqiqləşdi:

İstanbuldakı “Reina” gecə klubunu qana qərq edən terroristin dəqiq kimliyi açıqlanıb.

"Xalqinfo" "Milliyət"ə istinadən xəbər verir ki, İstanbul polisi "Reina"da qətliyyam törədən terrorçunun adının bəlli olduğu ilə bağlı məlumat yayıb.

Axtarışlar nəticəsində bəlli olub ki, teraktı Özbəkistan əsilli Abdulqadir Maşaripovun həyata keçirib.

39 nəfərin həyatını itirdiyi dəhşətli teraktı törədən A.Maşaripov hələ də ələ keçirilməyib.

İstanbul polisi terrorçunun keçmişi ilə bağlı araşdırmalara başlayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt