DataLife Engine > Dünya > Rusiyalı zabit Yerevandakı oteldə ölü tapıldı

Rusiyalı zabit Yerevandakı oteldə ölü tapıldı


2-01-2017, 22:18. Yerləşdirdi: sefa Rusiyalı zabit Yerevandakı oteldə ölü tapıldı

Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının mayoru, 45 yaşlı Viktor Yemelyanovun cəsədi Yerevandakı hotellərdən birində tapılıb.

"Xalqİnfo" Publika.az-a istinadən xəbər verir ki, ilkin ehtimalda onun qəflətən öldüyü bildirilib. Polisin məlumatına görə, Yemelyanov müvəqqəti olaraq “Dostluq” hotelində məskunlaşıb.

Tibbi ekspertizanın ilkin rəyinə görə, cəsədin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb. Onun ürəktutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt