DataLife Engine > Dünya > `Qafqaz İmarəti`nin lideri öldürüldü

`Qafqaz İmarəti`nin lideri öldürüldü


4-12-2016, 13:27. Yerləşdirdi: sefa `Qafqaz İmarəti`nin lideri öldürüldü

Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub.

Xalqİnfo.az APA-ya istinadən xəbər verir ki, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb. Polis və dinc sakinlər arasında yaralanan olmayıb.

Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir. R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb. O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt