DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > Obamanın modelyeri - Trampın xanımına qarşı

Obamanın modelyeri - Trampın xanımına qarşı


19-11-2016, 11:17. Yerləşdirdi: sefa Obamanın modelyeri  - Trampın xanımına qarşı

ABŞ-ın birinci xanımı Mişel Obamanın paltarlarını tikən modelyer Sofi Telle yeni birinci ledi Melaniya Trampla işləməyəcək.

Xalqİnfo.az xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında açıq məktub paylaşıb:

“Mən növbəti birinci xanımı ilə əməkdaşlıq etmək və ya hər hansı şəkildə paltar tikmək istəmirəm. Seçkiqabağı kampaniya zamanı onun həyat yoldaşının çıxışında etdiyi irqçilik, ksenofobiya və seksizm həyatda əsas tutduğumuz dəyərlərə uyğun ritorika deyil”.

Sofi Telle, həmçinin bütün həmkarlarını Melaniya Trampla işləməməyə çağırıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt