DataLife Engine > Dünya > İndoneziyada güclü daşqınlar:

İndoneziyada güclü daşqınlar:


24-09-2016, 08:04. Yerləşdirdi: sefa İndoneziyada güclü daşqınlar:
İndoneziyanın Yava adasında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

"Xalqİnfo" bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qərbi Yava əyalətinin axtarış-xilasedici idarəsinin nümayəndəsi bildirib.

“İndiyədək 30 nəfərin meyiti aşkarlanıb, 22 nəfər itkin düşmüş hesab edilir”, deyə nümayəndə qeyd edib.

Xatırladaq ki, 2014-cü ildə İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 100 nəfər ölmüş, 600-dək yerli sakin evsiz qalmışdı.
Geri qayıt