DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > Türkiyədəki hərbi çevrilişlə bağlı yeni şok detallar üzə çıxdı- Ruslar Ərdoğanın təyyarəsini necə qoruyublar? Ruslar Ərdoğanın təyyarəsini necə qoruyublar?

Türkiyədəki hərbi çevrilişlə bağlı yeni şok detallar üzə çıxdı- Ruslar Ərdoğanın təyyarəsini necə qoruyublar? Ruslar Ərdoğanın təyyarəsini necə qoruyublar?


22-09-2016, 17:31. Yerləşdirdi: Tural Türkiyədəki hərbi çevrilişlə bağlı yeni şok detallar üzə çıxdı- Ruslar Ərdoğanın təyyarəsini necə qoruyublar? Ruslar Ərdoğanın təyyarəsini necə qoruyublar?
Amerika və Rusiya gizli müharibə durumundadır. Bu müharibə Ukrayna, Suriya, İran və Türkiyə səhnəsində davam edir.

Burada haşiyə çıxıb, bu müharibənin kəsb etdiyi ölçüdən danışmaq istərdim. Bildiyiniz kimi, Fətulla Gülənin FETÖ terrorçu təşkilatının 15 iyul dövlət çevrilişi cəhdi cavabını gözləyən xeyli suallar ehtiva edir. Amerikaçılar iddia edirlər: “Bu, Ərdoğanın layihəsiydi”. Bu, başdan-ayağa yalan təbliğatdır. Hətta Fətulla Gülən də özünün təşkil etdiyi çevrilişi Ərdoğanın ayağına yazmağa çalışır.

Belə bir tezis də var: "Ərdoğan çevrilişdən xəbərdar idi və bundan çıxış etməklə tədbir görüb".

Bu əhvalat yadınızdadır – ona Milli Kəşfiyyat Təşkilatı (MİT) deyil, kürəkəni xəbər gətirib. Sonra təxminlər meydana çıxdı ki, “kürəkən” Rusiya imiş.

Bu məqamda bir məqalədən fraqmentlər gətirək. Yazı 2016-cı il iyulun 19-da, yəni çevriliş cəhdindən dörd gün sonra Makedoniya beynəlxalq informasiya agentliyinin (ixtisarla MINA) saytında analiz-xəbər kimi dərc edilib. Müəllifi Qorazd Velkovskidir.

“Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi çevriliş cəhdində sağ qaldığına görə Moskvaya borcludur” başlıqlı məqalə maraqlı fikirləri ehtiva edir. İddia edilir ki, əslində, çevriliş avqusta planlaşdırılmışdı və Yunanıstanda çevriliş və böhranla eyni vaxtda baş verməliydi. Güdülən məqsəd – ABŞ-dan asılı oyuncaq hökumət yaratmaq və ABŞ-ın nəzarəti altında Rusiya ilə Avropa arasında yeni dəmir pərdə çəkmək idi.

Məqalədə deyilir:

“Çevriliş haqda Duqin xəbər verib. Dünyada elə bir ölkə yox idi ki, Türkiyədə çevriliş olacağını bilməsin (Yəqin ki, Bosfor körpüsündən keçən tankları görüncə təəccüblənən türklərdən başqa). Çevrilişin vaxtı tez-tez dəyişdirilirdi və vaxtı dəqiq məlum deyildi. Lakin CNN-dən Kristian Amanpur çevrilişə iki gün qalmış Ankara və İstanbulda ofis açarkən çevrilişdən hamı agah oldu. Pentaqonun CNN-lə xüsusi əlaqəsi var. Adətən, haradasa çevriliş hazırlanırsa, onlara da bu haqda xəbər verirlər. CNN-in bu yerdə olması və ictimai rəyin bilməli (!) olduğu məlumatı birbaşa efirdə yaymaq üçün. Amanpur bu işin ustası kimi bir çox ölkələri ona yasaq qoymağı öyrətməyə məcbur edib. Çünki hamı bilir: əgər o, bu ölkəyə gəlibsə, deməli, orada nəsə pis bir şey baş verəcək. Türkiyə də istisna deyildi.

Rusiya, İran və Suriya bilirdi ki, ABŞ-ın hamiliyi ilə Türkiyədə çevriliş olacaq. Moskva məhz buna görə Putinin müşavirlərindən birini Ankaraya göndərdi. Bu səfər gizli saxlanırdı. Moskva, Tehran və yaxud Dəməşqdə bundan xəbərsiz idilər, təkcə Putin komandasının nüvəsi məlumatlandırılmışdı. Bu, Aleksandr Duqin idi. O, Türkiyə rəhbərliyinə çevriliş xəbərdarlığı etmək üçün Ankaraya gəlib. Və təkcə bu deyil: çevrilişdə əli olan şəxslərin geniş siyahısını gətirmişdi! (Rusiya prezidenti Vladimir Putinin özəl təmsilçisi Aleksandr Duqin Ankarada iyulun 14-15-də olub və bir sıra mühüm danışıqlar aparıb. O, həmçinin mətbuat üçün açıqlama verib. Duqin Moskva və Ankaranın strateji tərəfdaşlığının dərinləşmə zərurətindən danışıb və vurğulayıb ki, Türkiyə Atatürkün siyasətinə dönməlidir. Həmçinin Suriya böhranına toxunan Duqin deyib: “Suriyanın ərazi bütövlüyü Türkiyə və Rusiyanın ərazi bütövlüyü üçün əhəmiyyətlidir”. Duqin ən mühüm danışıqları daxili işlər nazirliyinin ictimai asayiş və təhlükəsizlik Şöbəsinin rəhbəri Muhəmməd Dərvişoğlu ilə aparıb.)


Çevriliş planlaşdırıldığından bir ay əvvəl başlanıb və qiyamçılar ifşa olunub


Bu hadisələrdən narahat olmuş Türkiyə hökuməti Türkiyə SQ-nin iki min təmsilçisini həbs etmək məqsədilə bu siyahını məhkəməyə göndərib. Lakin hakimlər bunu etməyiblər, çevrilişdə əli olan bəzi hakimlər isə siyahı haqda qiyamçılara xəbər verib. Nəticədə çevriliş süərtləndirildi və erkənləşdirildi.


Rusiya təyyarəsini vurmuş pilotlar da çevrilişə qarışıb



Moskva bundan bir neçə ay əvvəl Türkiyə pilotlarının söhbətlərini və aralarındakı məlumat mübadiləsini diqqətlə araşdırıb. Bu, Rusiyanın Su-24-ünü kimin vurduğunu öyrənmək üçün edilib. Müşahidənin gedişində aydınlaşıb ki, Rusiya təyyarəsini vurmuş iki pilot Amerika tərəfindən yerləşdirilib və onlar Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün bu aksiyanı bilərəkdən planlaşdırıblar.

Putinin müşaviri Duqin hər hansı şübhələri dağıtmaq və diqqəti yayındırmaq üçün Ankaraya maraqlı bir marşrutla gəlib: Moskvadan Astanaya uçub, oaradan isə Tehran, Dəməşq və Nikosiyadan keçərək Ankaraya uçub. O, Ankarada Ərdoğanın hamıdan çox etibar etdiyi adamla görüşüb. Bu, Ankara meri Melih Göyçək idi. KQB üslubunda üzbəüz söhbət fayda gətirib. Ruslar keçən aylar ərzində xeyli məlumat əldə edərək çevrilişin nə vaxt, necə və kimlər tərəfindən həyata keçiriləcəyini öyrəniblər.

Ərdoğanın yaxın ətrafı da Duqinin gəlişini əvvəlcədən bilmirdi. Rusiya və Türkiyənin dostluq münasibətləri və qarşılıqlı inamın qorunması naminə Ərdoğanı rəsmən Moskva xəbərdar edib. Xəbərdarlıq tam vaxtında edilib. Bunun psixoloji effekti isə bundan ibarət idi ki, türklər əsil dostlarının kim olduğunu gördülər. Axı Putin öz təmsilçisini göndərməz və çevrilişə on dəqiqə qalmış bu barədə xəbər verməyə də bilər və amerikalıların əldə etməyə cəhd etdiyi nəticələrə göz yuma bilərdi.



Türkiyə hərbi təyyarələri Ərdoğanın təyyarəsini izləyirdi, lakin…



Pentaqon və MKİ-nin nəzarətində olan və gün ərzində qiyamdan heç nə xəbər vermədən diqqəti tamamilə təbliğata yönəldib gözləyən KİV-lər çevrilişin iflasa uğradığını anlayanda yalanlar dərc etməyə başladı: “Bu, Ərdoğanın öz prezident kreslosunu qorumaq üçün quraşdırdığı tamaşadır”.

Və buna görə də gündəmə məsələ qalxmışdı: qiyamçı pilotlar Ərdoğanın təyyarəsini niyə vurmayıblar? Prezident təyyarəsini vurmalı olan təyyarələr ABŞ-NATO-nun nəzarətindəki İncirlik bazasından uçmuşdu. Ərdoğanın təyyarəsini həqiqətən də çoxlu F-16 təqib edib. Yekunda Türkiyəyə Pensilvaniyada uzun illər boyu MKİ-yə işləyən Fətulla Gülən rəhbərlik etməliydi.



Ruslar radarları qiyamçıların təyyarələrinə tuşlayıblar



Lakin KİV-də deyilməyib ki, Türkiyə təyyarələrini Rusiyanın yeddi hərbi təyyarəsi və Suriyanın şimalındakı iki S-400 raket sistemləri tərəfindən hədəfə götürülüb! Ruslar qiyamçı pilotlara xəbərdarlıq edib: radarlarda yanlış (!) addımlar görünsə, birbaşa zərbə endiriləcək.

Türkiyə F-16-ları məhz buna görə Ərdoğanın təyyarəsinə hücum edə bilməyib, onu yalnız təqib edib.

Ankara meri teleekranlarda görünüb və bildirib ki, çevrilişin arxasında Vaşinqton durur və bu barədə məlumat əvvəlcədən (Duqinlə danışıqlarda) əldə edilib.

Göyçək o axşam son iyirmi dəqiqə ərzində çevrilişdə ABŞ-ın əli olduğunu bildirən üçüncü türk siyasətçisi idi.

Ərdoğan generalları, hakimləri niyə işdən azad edib? O, çevrilişdə əli olan bütün şəxslərin siyahısını necə əldə edib?

Hökumətin özünün də şübhəlilər siyahısı olub, lakin əsas məlumatlar Moskvadan alınıb. Məhz buna görə ABŞ-ın Ankara səfiri həmişə gizlənir və hər şeyi ört-basdır etməyə çalışır. Buna baxmayaraq, bir xeyli qiyamçı general ABŞ-ın bu işdəki rolu haqda ətraflı məlumat verib. Vaşinqtonun bəyanatları həmişəki kimi heç nəyə yaramır. İncirlik bazasından 42 helikopterin necə yox olduğu haqda heç nə deyilmir. Türkiyə hökumətinə tabe qüvvələr bu səbəbdən bazanı 2500 polislə mühasirəyə alıb bütün cərəyanı kəsib. Bu, ABŞ-a siqnal idi: “Bilirik ki, bunu siz edibsiniz”. Nəticədə silahsız adamlar küçələrdə qiyamçıları və tankları aşırdı”.

Əlbəttə, bu gün hamı bu məlumatları tam yalan sayıb ciddi qəbul etməyəcək. Lakin iyulun 15-də axşam Ahlatlıbele Taktiki aviasiya komandanlığından daxil olmuş rəsmi məlumatlar bunu təsdiqləyir.

İyulun 15-də axşam RLS əməkdaşları Rusiyanın Qara dəniz hava donanmasında fenomenal fəallıq müşahidə ediblər. Çevriliş cəhdi haqda məlumat olmadığından onlar öz aralarında Rusiyanın Türkiyəyə müdaxilə ehtimalını müzakirə ediblər. Sonra qiyam haqda məlum olanda sanki hər şey yerbəyer olub, lakin növbəti gün aydınlaşıb ki, radarların Rusiya təyyarələrini aşkarlamaq məsafəsi Balakəsirə çatırmış.

Başqa sözlə, Rusiya hərbi təyyarələrinin prezident Ərdoğanın təyyarəsini qoruması haqda ehtimallar əsasız deyil (əlbəttə, Ahlatlıbelədən məlumatlar düzgündürsə). "Stratfor" prezident təyyarəsinin koordinatlarını dərc edərkən ruslar onu müdafiə etməyə çalışıblar.

Öz təsdiqini gözləyən və hərbi qaynaqlardan gəlmiş daha bir məlumata görə, çevriliş ərəfəsində yüz min dəfn kisəsi sifariş edilib. Bu sifariş çevrilişə bir-iki həftə qalmış Ankaradan verilib. Başqa sözlə, qiyamçıların olduqca bəd niyyətləri olub.



ABŞ-Rusiya müharibəsi Suriyada başlanır



Rusiya ilə birbaşa müharibədən yayınan ABŞ həmişə əyri oyun oynayır. O, görüntü üçün barışıq imzalayıb. Dövlət Departamenti dəstəkləyir, Pentaqon əleyhinədir və yekunda barışıq qüvvədə deyil.

PKK üçün Minbicdə qanunsuz bazalar, İŞİD-in altdan-altdan kimyəvi silahla təchizatı. Nəhayət, Suriya ordusu mövqelərinin bombardmanı. 80 hərbçi həlak olub. Özü də İŞİD-ə hücumun həyata keçirildiyi bir anda.

Bütün bunlar ABŞ-ın xoflu həmlələridir. İsrail də Holan təpələri tərəfdən hücuma keçib. Türkiyə, Rusiya, İran və Suriyanın sazişə doğru irəliləməyi onu xoflanmağa məcbur edib.

Türkiyədə uğursuz çevriliş cəhdi Sem dayı üçün Suriyada itkilərə dönüşdü. Türkiyənin Avrasiya cəbhəsində möhkəm durmaqdan savayı başqa bir çıxış yolu yoxdur.



Xalqİnfo bildirir ki, tərcümə Strateq.az-ındır.
Geri qayıt