DataLife Engine > Dünya > İŞİD-ın sərvəti açıqlandı

İŞİD-ın sərvəti açıqlandı


17-06-2014, 14:13. Yerləşdirdi: Tural İŞİD-ın sərvəti açıqlandı
İŞİD-ın sərvəti açıqlandı. İngiltərənin "The Guardian" qəzetinin yazdığına görə, qruplaşmanın sərvəti 2,4 milyard dollara yaxındır.

ANS PRESS-in məlumatına görə, Mosulun ələ keçirilməsindən bir müddət öncə İraq təhlükəsizlik qüvvələri qruplaşmanın kuryeri olan Əbu Haccarı ələ keçiriblər. Sorğu sualda o İŞİD-ın Hərbi Şurasının rəhbəri Abdulrahman əl-Bilavinin gizləndiyi yeri açıqlayıb. Bir neçə saat sonra Əl-Bilavi ölü tapılıb. Onun sığınacağında 160 diks ələ keçirilib.

İddialara görə, kuryer sorğuda "kimə bulaşdığınızı bilmirsiniz. Bu həftə Mosul cəhənnəm olacaq" deyib.

Ələ keçirilən disklərdə qruplaşmanın 875 milyon dolları olduğu qeyd edilib. Mosul ələ keçiriləndən sonra isə buna daha 1.5 milyard dollar əlavə edildiyi güman edilir.

Ələ keçirilən disklərdə İŞİD-ın əcnəbi üzvləri, kod adları, invertarlar, maliyyə qaynaqları və sairə haqqında da məlumatlar olduğu iddia edilir.

Kəşfiyyat məlumatlarına görə, İŞİD Suriyadakı Əl Nabuk arxeoloji qazıntı sahəsindən 8 min illik tarixi olan qiymətsiz qalıqları yağmalayıb. Bundan onlar 36 milyon dollar gəlir əldə ediblər.
Geri qayıt