DataLife Engine > Dünya, Din, BLOK XƏBƏR > Din xadimləri rok festivalını dağıdıblar

Din xadimləri rok festivalını dağıdıblar


5-06-2016, 19:12. Yerləşdirdi: Kainat Din xadimləri rok festivalını dağıdıblarGürcüstanda din xadimləri Tbilisi JAM Fest 2016 beynəlxalq rok festivalını dağıdıblar.

Xalqinfo.az Oxu.Az-ın Qruziya Online-a istinadən verdiyi məlumata əsasən xəbər verir.

Festival iştirakçıları bildiriblər ki, qonşu kilsədən gələn din xadimləri və yerli sakinlər konserti dərhal dayandırmağı tələb ediblər.

Onlar bildiriblər ki, yaxınlıqda qəbiristanlıq yerləşir və musiqinin səsi kilsəyə qədər çatır. Kilsə festivalın keçirildiyi yerdən təxminən bir kilometr aralı yerləşir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib və davanın qarşısı alınıb.

Bundan əvvəl isə konsert zamanı işıqlar sönüb. Təşkilatçılar hesab edirlər ki, bu din xadimlərinin əməlləridir. Onlar əlavə ediblər ki, konsertin digər yerdə keçiriləcəyi ehtimalı var.

“Çox xoşagəlməz, utanverici hadisə baş verdi. Bəli festival demək olar ki, din xadimləri tərəfindən təxirə salınıb, daha ətraflı məlumat yaxın zamanda veriləcək”, - təşkilatçıların nümayəndəsi deyib.

Qeyd edək ki, 4-5 iyunda keçirilməsi planlaşdırılan festivalda Azərbaycan da təmsil olunur.






Kainat Şirin




Xalqinfo.az
Geri qayıt