DataLife Engine > Dünya, Din, BLOK XƏBƏR > Allahın evinə hücum:

Allahın evinə hücum:


30-01-2016, 11:33. Yerləşdirdi: Kainat Allahın evinə hücum: Səudiyyə Ərəbistanının şərqində yerləşən şiə məscidinə hücum nəticəsində azı iki nəfər ölüb, yeddi nəfər yaralanıb. Hücum Əl-Əhsə şəhərinin Mahasen ərazisində yerləşən İmam Rza məscidində həyata keçirilib.

Xalqinfo.az bildirir ki , Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib ki, hücumçulardan biri üzərindəki partlayıcı maddələri partladıb. Dövlət Səudiyyə Xəbər Agentliyi isə digər hücumçunun atəş açdığını bildirib. Hücumçulardan birinin isə özünü partlatmasının qarşısı alınıb.

Şahidlərin bildiridiyinə görə, təhlükəsizlik qüvələri və təcili yardım dərhal məscidi mühasirəyə alıb. Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Mehasen məhəlləsində əsasən dövlət tərəfinən idarə olunan Səudiyyə Ərəbistanı Neft Şirkətinin şiə işçiləri yaşayır. Bu şirkət dünyanın ən böyük neft istehsal edən şirkətidir.

Səudiyyə Ərəbistanı şiələri sünnilərin idarə etdiyi krallığın əhalisinin 10-15 faizini təşkil edir. Şiə azlığı daha öncə İslam Dövləti qrupunun hücumlarının hədəfi olub, belə ki, qrup onları kafir hesab edir.




Kainat Şirin


Xalqinfo.az

Mənbə

Publika.az

Geri qayıt