DataLife Engine > Dünya, Fotosessiya, MANŞET > Müsəlman modeli niyə təhqir olundu ? - FOTOLAR

Müsəlman modeli niyə təhqir olundu ? - FOTOLAR

5-09-2015, 19:37. Yerləşdirdi: Kainat Müsəlman modeli niyə təhqir olundu ? - FOTOLARİtaliyanın Vegeto bölgəsindən Mərakeş əsilli Ahlam Əl Brinis ilk "Müsəlman Miss İtaliya" olmaq istəyir.
XALQİNFO.AZ bildirir ki , Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, gələn ay gözəllik yarışmasına qatılacağına görə sosial şəbəkə üzərindən təhqir və tənqid olunan 20 yaşlı Ahlam "dinin adını pis təqdim etmək"də günahlandırılır.

Çimərlik və alt geyimləri ilə çəkdirdiyi fotolara görə tənqid olunan italyan model Fəs şəhərində yaşayan nənəsinin dəstəyindən güc aldığını deyib. Əl Brinis onu təhqir edənlər "vaxtı çox olan bekar adamlar" adlandırıb. O, "din qəlbdədir, geyindiyin paltarlarda deyil" şəklində münasibətini bildirib:

"Təhqir edənlər oldu, ancaq həm dostlarımdan, həm də heç tanımadığım insanlardan daha çox dəstək mesajı aldım. Dinin bir gözəllik yarışması ilə əlaqəsi olmamalıdır".

6 yaşında "Miss İtaliya" yarışmasını izləyərkən ilk dəfə gözəllik kraliçası olmağı arzulayan Brinis Vatikan yaxınlığındakı Jesolo qəsəbəsində təşkil edilən gözəllik yarışmasının son mərhələsinə qatılacaq.

İslam dininə hörmət etdiyini deyən Brinis özünü tamamilə italiyalı kimi hiss etdiyini deyib. O, ərəbcə bilmir və hazırda qardaşı ilə birgə yaşayır.

Geri qayıt