DataLife Engine > Dünya, Şou, BLOK XƏBƏR > Demet Akalından ərinə şərt : FOTOLAR

Demet Akalından ərinə şərt : FOTOLAR


21-07-2015, 14:57. Yerləşdirdi: Kainat Demet Akalından ərinə şərt : FOTOLARBir müddət öncə çıxartdığı “Dərs olsun” adlı albomu ilə gündəmdə olan 43 yaşlı müğənni Demet Akalın jurnalist Onur Baştürkə müsahibə verib.

Həyat yoldaşı ilə münasibətindən, rəqibi Handə Yenərdən, Sinan Akçıldan, müğənnilərin əl atdıqları saxtakarlıqlardan və qorxularından danışan müğənni olduqca maraqlı açıqlamalar verib.

Xalqinfo.az “Şirin söhbət” layihəsi çərçivəsində həmin müsahibəni təqdim edir:

- Qızın Hira həyatında nələri dəyişdirdi?
- Daha yaxşı bir insan oldum. O qədər dəyişmişəm ki, süni dırnaqlarımı belə çıxarmışam (Gülür).

- Əvvəl çox pis idin ki?
- Hər sözün altında başqa məna axtarırdım. İllər ərzində dəfələrlə xəyal qırıqlığı yaşamışdım, ona görə də insanlara olan güvənim azalmışdı. Ancaq övladım olandan bəri özümü daha yaxşı hiss edirəm.

- İkinci uşaq haqqında düşünürsünüz?
- Hazırda yox. Ancaq gələcəkdə ola bilər. Okan bəy qısqanclığına son qoymasa, ikinci uşaq olmayacaq.

- Bir az qısqanması yaxşıdır.
- Bir az olsa, etiraz etmərəm, amma elə deyil axı. Ərimdən şikayət etməyimə baxma, özüm ondan da betər qısqancam. Məsələn, idman müəlliminin evə gəlməsini istəmirəm.

- İdman müəllimi qadındır?
- Yox, kişidir. Ancaq mənsiz vaxt keçirməklərini istəmirəm. Onu hamıdan qısqanıram. Buna baxmayaraq, aramızdakı sevgi həqiqətən, çox güclüdür.

- Məncə, qısqanması normaldır. Göz önündəsən, populyarsan.
- Məni evdə görsən, heç tanımazsan. Pijama ilə gəzirəm. Evdə makiyaj etməyimi istəmir. "Get makiyajını sil!", deyir. Fikirləşirəm ki, gec evlənməklə doğru qərar vermişəm. Yaxşı ki, gəzmişəm, barları, küçələri arşınlamışam. Gözüm heç nədə qalmayıb. Məncə, doğru insanla evlənmişəm. İlk vaxtlar uşaq istəməsəm də, daha sonra Okana gözəl bir övlad verməyə razı oldum. Evliliyin davam etməsi üçün səbirli olmaq lazımdır. Qarşındakı insanı başa düşə bilirsənsə, hər şey yaxşı alınır. Okan məni məndən daha çox düşünür. Övlad sahibi olmaq istəyənlərə səslənirəm, əgər doğru adamı tapdığınıza inanırsınızsa, addım atın, əgər bir az tərəddüdünüz varsa, bu işdən vaz keçin. Uşağın gələcəyini düşünün.

- Boşanmalar son dövrlərdə çoxalıb. Badə İşçillə Malkoç Süalp cütlüyü də ayrıldı.
- Badənin halı məni kədərləndirdi. Mənim başıma gəlsə, yəqin ki, ağlım qaçardı. Məncə, evlənməmişdən qabaq adamın atasını tanımalısan. Belə bir deyim var: “Anasına bax, qızını al”. Bu deyimin kişilər üçün versiyası da olmalıdır: “Atasına bax, adamı al”. Çünki həqiqətən, kişilər atalarına oxşayırlar. Məsələn, Okanın atası işləməyi çox sevir. 15 ildir ki, tətilə getmir. Ona baxanda başa düşürəm ki, Okan da qocalanda elə olacaq. Həyat yoldaşına bağlı, uşaqları ilə vaxt keçirməyi sevən, işləməkdən yorulmayan bir adamı kim istəməz? Okan çox mərhəmətlidir, yaxşı ata, həyat yoldaşı və dostdur. Rəfiqələrimlə edə bilmədiyim dedi-qoduları onunla edirəm (Gülür).

- Sənin geyiminə hələ də qarışır?
- Yox. Əvvəllər qısa ətək geyinməyimi istəmirdi. Ancaq artıq o problem həll olunub.

- Necə həll elədin?
- Mini ətək geyinərək (gülür). Qadağalar onları yıxmağımız üçündür.

- Səni görməmiş adlandırırlar. Deyilənə görə, pulunu haraya xərcləyəcəyini bilmirsən.
- Əvvəllər elə idi. Məsələn, Bodrumdan Kiprə getmək üçün özəl təyyarə kirayələyirdim. İndi belə şeylər eləmirəm.

- Okan bəy xərclərinə qarışır?
- Yox, əsla. Bizim hesablarımız ayrıdır. Evin bütün ehtiyaclarını, Hiranın dayələrinin, köməkçilərin maaşlarını Okan ödəyir. Mən qazandıqlarımı ancaq özümə xərcləyirəm.

- Albomun necə satılır? Razısan?
-Prodüserim Samsun bəy satışlardan məmnundur. Albomum 65 mindən çox satılıb. "Kölgə” mahnısına klip çəkəndən sonra 100 minə çatacağını düşünürəm. Bu albomum həqiqətən ürəyimə yatdı. Ancaq bir nəfərə haqsızlıq etdiyimi düşünürəm.

- Kimə?
- Mervə Özbeyə. Onun da albomu çıxacaqdı. İlk klipi "Şərəfimə namusuma" adlı mahnıya çəkməyi düşünürdü. Mahnını mən aldım. Bilirəm, çox iyrənc insanam. Məni bağışlaması üçün Mervenin ikinci klipini özüm çəkəcəyəm.

- Deyilənə görə, Sinan Akçılla əməkdaşlıq etməyinin səbəbi Handə Yenerə acıq verməkdir. Düzdür?
- Sinanla "Qüsursuz 19" albomu üçün də birlikdə işləmişdik. Yəni, mənim köhnə tanışlarımdandır. Hira üçün bir mahnı bəstələmişdi, onu dinləyərkən “Dərs olsun”a da qulaq asdım və bəyəndim. Handə Yenərə acıq vermək heç ağlıma da gəlməyib.

- Sosial şəbəkələrdə Handə Yenerlə qarşılıqlı şəkildə bir-birinizi iynələyirsiniz.
- Düzdür, mən bir neçə nəfərlə küsülüyəm, amma adını çəkdiyin insan onların arasında deyil. O, həmişə danışır, ancaq mən sözlərinin qarşısına sədd çəkmişəm.

- Toyuna gəlmişdim. Handə də orada idi. Çox səmimi idiniz. Sonra nə oldu, niyə münasibətləriniz pisləşdi?
- Bir gün Sinanla Okan bilyard oynayırdılar. Sinan oyunu uduzdu. Mən də “Tvitter”də "Sinan, inşallah, eşqdə qazanarsan”, deyə yazdım. Sən demə, o vaxt Sinanla Handə Yener sevgili imiş. Mənim bundan xəbərim yox idi. Ancaq Handə elə bilib ki, ona söz atıram. Onun gənc övladı var, istəyirəm ki, o da çoxlu pul qazansın. Yoxsa, mənim də ağzım var, çox şey deyə bilərdim. Məsələn, gedib Ersay Ünərlə işlədi. Bu məni narahat eləmədi. Həmişə Ersaya deyirdim ki, "Get ona da, Gülbənə də mahnı ver”. Bu arada Ersayla da küsülü deyiləm. Albomu çıxanda təbrik etdi.

- Ersayla nə vaxtsa yenə əməkdaşlıq edəcəksən?
- Bilmirəm. Amma Demet Akalın markası üçün işləyən heç kimə kin saxlamaram.

- Hamı qəbul edir ki, artıq “Demet Akalın mahnıları” adlandırılan bir musiqi kateqoriyası formalaşıb. Adətən, mahnılarında keçmiş sevgililərindən intiqam alan bir qadın obrazını görürük. Nə vaxtsa bu tərzdən vaz keçəcəksən?
- Yox, əsla. Tərzimi sevirəm. Bəlkə yavaş-yavaş kiçik dəyişikliklər edə bilərəm. Ancaq məni sevən, dinləyən böyük kütlə var. Onları itirmək istəmirəm, buna risk edə bilmərəm. Bir anda musiqi tərzimi dəyişsəm, albomum 65-70 min satılmaz. Albomum satılmasa, depressiyaya düşərəm. Birdən məni sevməsələr, bəyənməsələr, nə edərəm? Bu, mənim ən böyük qorxularımdan biridir.

- Başqa nələrdən qorxursan? Məsələn, yaşlanmaq səni qorxudur?
-Yaşlanmaqdan qorxmuram desəm, yalan olar. 10 il sonra fiquram necə olacaq, bu qədər populyar olacağam? Bu suallar məni narahat edir. Lakin bir şeydən əminəm, Ajda Pekkan kimi 70 yaşında səhnəyə çıxmayacağam.

Onun övladı yoxdur. Bütün qazandıqlarını özünə xərcləyib. Mən karyerama zirvədə ikən vida edəcəyəm.

- “Instagram”da çox aktivsən, hətta sanki orada yaşayırsan.
- Etiraf edirəm, sosial şəbəkələr məndə asılılıq yaradıb. Onu nəzərə alsaq ki, dünyada ən çox təqibçisi olan 53-cü insanam, sosial şəbəkələrdə bu qədər çox vaxt keçirməyim normal qarşılanmalıdır.

- Bəziləri təqibçi sayını pul verərək, artırırlar. Sən belə proqramlardan istifadə edirsən?
- Yox, etmirəm. Çünki bu, özünü aldatmaqdır.

- Bəziləri də “Youtube”da mahnılarının izlənmə sayını artırır.
- Mən saxtakarlıq etsəydim, "Türkan" mahnısı 50 milyon deyil, 200 milyon dinlənilərdi. Buna gücüm çatır, istəsəydim, 200 milyon izlənmə sayı alardım. Ancaq bu mənə lazım deyil.

- Gülbən Ərgənin mahnısı təqdim edildikdən bir gün sonra 1 milyon dəfə izlənilərək rekord qırdı.
- Sən haradasa Gülbənin mahnısını eşitmisən? Mən hər yerdə öz mahnılarımı eşidirəm. Əgər bir mahnını çimərliklərdə, taksilərdə, alış-veriş mərkəzlərində və s. yerlərdə eşidirsənsə, deməli o uğur qazanıb.

“Dərs olsun” adlı mahnım hazırda 6 milyondan çox izlənilib. İstəsəm 20 milyon edə bilərəm, amma dediyim kimi, bunu özümə yaraşdırmaram.

- “Moschino” səndəllərin, “Missoni” tulumunla möhtəşəm görünürsən. Bəs fotosessiya zamanı niyə eynəklərini çıxartmadın?
- Göz makiyajımı bəyənməmişəm. Həm də eynəyim “Prada”dandır, istədim ki, onu da görün (Gülür).
Demet Akalından ərinə şərt : FOTOLAR
Demet Akalından ərinə şərt : FOTOLAR
Demet Akalından ərinə şərt : FOTOLAR
Demet Akalından ərinə şərt : FOTOLAR




















































































Mənbə
Publika.az
Geri qayıt