DataLife Engine > Dünya, Din, BLOK XƏBƏR, MANŞET > Moskvada Quran festivalı təşkil ediləcək

Moskvada Quran festivalı təşkil ediləcək


10-07-2015, 13:44. Yerləşdirdi: Kainat Moskvada Quran festivalı təşkil ediləcəkRamazan ayında Rusiya paytaxtı Moskvada Birinci Quran festivalı keçiriləcək.

Xalqinfo.az bildirir ki, ANS PRESS-in məlumatına görə, təşkilatçılar bu unikal tədbirin gerçək İslam və Quran dəyərlərini daşıdığını bildirir.

Qeyd edilib ki, 2015-ci ildə Rusiyada Ədəbiyyat ili elan edilib və Moskvada Quran festivalının keçirilməsi bu baxımdan rəmzidir. Çünki müqəddəs Qurani-Kərim böyük irsə və dərin mənəvi köklərə malikdir.



Birinci Quran festivalında Moskvadakı İran mədəniyyət mərkəzinin, Rusiya Müftilər Şurasının, Tatarıstan, Dağıstan və Başqırdıstan müftiliklərinin, "Əl-Mustafa" Universitetinin və İslam Mədəniyyəti İrsi Fondunun təmsilçiləri iştirak edəcəklər.

Birinici Quran festivalı 11-17 iyul 2015-ci ildə keçiriləcək.


Rusiya Müftilər Şurasının məlumatına görə, hazırda Rusiyada 20 milyona yaxın müsəlman yaşayır. İnquşetiya əhalisinin 98%-i, Çeçenistanın 96%-i, Dağıstanın 94%-i, Kabarda-Balkarın 70%-i, Qaraçay-Çərkəsin 63%-i, Başqırdıstanın 54,5%-i, Tatarıstanın 54%-i müsəlmanlardır. Son illərdə 20 minə yaxın etnik rus da pravoslavlıqdan imtina edərək İslama keçib.

Müqəddəs Ramazan ayı iyun ayının 18-çdə başlayıb. İyulun 18-də isə müsəlmanlar Ramazan bayramını qeyd etməyə hazırlaşırlar.

Moskvada Quran festivalı təşkil ediləcək
Moskvada Quran festivalı təşkil ediləcək
Geri qayıt