DataLife Engine > Dünya, Din, BLOK XƏBƏR, MANŞET > İsa peyğəmbər haqqında şok iddia:Eynicinsli nikahları bəyənərdi

İsa peyğəmbər haqqında şok iddia:Eynicinsli nikahları bəyənərdi


8-07-2015, 14:00. Yerləşdirdi: Kainat İsa peyğəmbər haqqında şok iddia:Eynicinsli nikahları bəyənərdiABŞ-ın keçmiş prezidenti Cimmi Karter İsa peyğəmbərin eynicinsli nikahlara münasibətindən danışıb.

xalqinfo.az bildirir ki, Publika.az “The Huffington Post” nəşrinə istinadən xəbər verir ki, 90 yaşlı siyasətçinin fikrincə, İsa peyğəmbər eynicinsli nikahları bəyənərdi.

Qeyd edək ki, bu fikirlər keçmiş prezidentin “Tam həyat: doxsan ildə” memuarında yer alıb.

“Düşünürəm, İsa istənilən sevgini dəstəkləyərdi. Əgər bu sevgi dürüst və səmimidirsə, eyni zamanda heç kəsə ziyan vurmursa. Mən eynicinsli nikahların kiməsə ziyan vurduğunu görmürəm”, - “The Huffington Post” siyasətçinin memuarından sitat gətirir.

Xatırladaq ki, ABŞ-ın Ali Məhkəməsi 26 iyunda bütün ölkə ərazisində eynicinsli nikahları leqallaşdırıb. Əvvəllər bu cür nikahlara ABŞ-ın 50 ştatından 37-də rəsmi icazə verilirdi.

Geri qayıt