DataLife Engine > Dünya > Təyyarə otelin üzərinə düşərək çoxlu sayda insan ölümünə səbəb oldu

Təyyarə otelin üzərinə düşərək çoxlu sayda insan ölümünə səbəb oldu

30-06-2015, 13:22. Yerləşdirdi: Kainat Təyyarə otelin üzərinə düşərək çoxlu sayda insan ölümünə səbəb oldu İndoneziyada orduya məxsus yük təyyarəsi qəzaya düşüb.

Xalqinfo.az bildirir ki, ANS PRESS-in məlumatına görə, idarəetməni itirən hava gəmisi Sumatra adasındakı otel və evlərin üzərinə düşüb. Hərbi bazadan havaya qalxan təyyarənin iki dəqiqəlik uçuşdan sonra qəza etdiyi bildirilir.

İnoneziya rəsmiləri, hadisə zamanı ən az 30 nəfərin öldüyünü açıqlayıb. İndoneziyalı axtarış-xilasetmə səlahiyyətlisi Hisar Turnip bildirib ki, dəqiq araşdırmalardan sonra ölü sayı arta bilər.

İndoneziyanın ən böyük üçüncü şəhəri Medandaki bir məhəlləyə düşən "Hercules C-130" tipli təyyarədə 12 ekipaj üzvü olub. Onlardan beşinin cansız bədənini aşkar olunub.

Qazadan sonra hadisə yerinə axışan indoneziyalıların çoxu cib telefonları ilə baş verənləri çəkiblər.

Geri qayıt