DataLife Engine > Dünya > Oğula atadan keçdi,10 ildə 15 dəfə artdı-

Oğula atadan keçdi,10 ildə 15 dəfə artdı-


27-06-2015, 13:12. Yerləşdirdi: Kainat Oğula atadan keçdi,10 ildə 15 dəfə artdı- O, Rusiyanın ən varlı vətəndaşlarının siyahısında ilk onluğa daxildir. Ölkə prezidenti Vladimir Putinə yaxın iş adamı kimi tanınır. Necə varlanması hələ də dəqiq bəlli deyil. Rəsmi məlumatlarda 1991-ci ilin özəlləşdirmə bumunun xoşbəxtlərindən olduğu söylənilir. Söhbət “Novatek”in səhmdarı Leonid Mixelsondan gedir. Xalqinfo.az “Milyonçu” layihəsi çərçivəsində L.Mixelsonu təqdim edir.

Varlı atanın zəngin övladı

Leonid Mixelson 1955-ci ildə Dağıstanda anadan olub. Atası Viktor və anası Praskoviya Mixelsonlar neft sənayesində işləyiblər. Məhz atasının işi ilə bağlı uşaq yaşlarında ailəsi onu da götürüb Novokuybışevskiyə köçüb. Leonid orada böyüyüb, orta məktəbə gedib. Atasının vəzifəsi böyüdülərək “Kuybışevtruboprovodstroy”un direktoru təyin edilməsindən sonra güzəranları daha da yaxşılaşıb. Deyilənə görə, bu səbəbdən də Leonid neft sənayesinə üz tutub.

Vəzifə pillələri ilə addım-addım

Gələcəyin iş adamı orta təhsilini bitirdikdən sonra Kuibyşevsk İnşaat İnstitutuna qəbul olur. Tikinti-mühəndisi ixtisası üzrə təsili alan L.Mixelson 1977-ci ildə diplom alır. Gənc mütəxəssis kimi Sibirə işləməyə yollanır. Burada “Urenqoy-Çelyabinsk” qaz kəmərinin birinci mərhələsinin tikintisində iştirak edir. İlk əvvəl layihə üzrə iş icraçısı işləyir. Lakin qısa müddətdə işində bir sıra uğurlara imza atır ki, bu da müdiriyyətin diqqətini çəkir. 1983-cü ildə Leonid atasının rəhbərlik etdiyi müəssisənin reallaşdırdığı qaz kəmərinin tikintisi üzrə rəhbər təyin olunur. Bu şəkildə o, “Kuybışevtruboprovodstroy”da işləməyə başlayır. İki il sonra "Ryazantruboprovodstroy”da baş mühəndis olur.

Karyerada dönüş

Leonidin karyerasında dönüş nöqtəsi 1987-ci ildə baş verir. Atası qəflətən vəfat edir. O, “Kuybışevtruboprovodstroy” un rəhbərliyinə əsas namizədlərdən biri olur. Əslində, möcüzə də baş vermir. Çünki bu gözlənilirdi və oğul Mixelson şirkətin rəhbərliyinə ən şanslı namizəd sayılırdı. Nəhayət, illərdir planı qurulan gün yetişir. Leonid “Kuybışevtruboprovodstroy”un direktor vəzifəsinə gətirilir. Bununla da həyatında dönüş baş verir. Regionun nüfuzlu şəxslərindən birinə çevrilir. 1991-ci ildə onun rəhbərliyi ilə “Kuybışevtruboprovodstroy” ilk özəlləşdirilən müəssisə olur. Adı dəyişərək “Samara-xalq müəssisəsi Nova” adlandırılır. 1994-cü ildə L.Mixelson “Novafininvest”in rəhbəri olur. Hansı ki, bu şirkət artıq neft infrastrukturunun tikintisi ilə deyil, karbohidrogenlərin hasilatı ilə məşğul idi. İş adamının növbəti addımı “Purneftqazgeologiya”nın səhmlərini almaq olur. Beləliklə ”Novateka” Məhdud Məsuliyyətli Cəmiyyəti yaranır.

Mətbuatda yerə alan şayiələrə görə, o bütün biznes uğuruna qubernator olan İosif Levinzon vasitəsiylə imza atıb. Belə ki, Levinzonun yuxarı dairələrdəki əlaqələri vasitəsiylə qaz yataqları üçün lisenziya alıb, yeni aktivlər cəld edib, vergidən yayınıb. YUKOS-un sabiq vitse-prezidenti Leonid Simanovski isə Mixelsonun biznes mühiti ilə münasibətlərini qurub.

Kapitalı

Hazırda iş adamının kapitalına “Novatek”in səhmlərinin 24,8 faizi, “Sibura”nın səhmlərinin isə 50,2 faizi daxildir. Bu arada Rusiyaya qarşı Qərbin sanksiyaları L.Mixelsonun şirkətlərinin gəlirini azaldıb. 2014-cü ildə “Novatek”in xalis gəliri 35,2 milyard rubl olub. Bu da əvvəlki illə müqayisədə 3 dəfə azdır. Eyni zamanda, MMC 2015- il üzrə investisiya proqramını 15 faiz azaldaraq 50 milyard rubla endirib.

Şəxsi həyatı

Milyarderin şəxsi həyatı ilə bağlı məlumatlar qapalıdır. Onun evli olduğu, Viktoriya adlı qızı olduğu bilinir. Digər informasiyalar gizli saxlanılır. Bir müddət əvvəl Rusiya mətbuatı Viktoriyanı ölkənin ən varlı varisi adlandırmışdı. Bu arada Mixelsonun daha bir varisinin olduğu da deyilir. Bu, ikinci nikahdan doğulan 6 yaşlı oğludur. Belə ki, iş adamı nə qədər gizlətməyə çalışsa da onun birinci həyat yoldaşından ayrıldığı deyilir. Nikahın pozulmasına səbəb biznesmenin qanuni həyat yoldaşının L.Mixelsonun məşuqəsinin olduğunu öyrənməsi olub. Milyarderin yeni ailəsini Rusiyadan İspaniyaya köçürdüyü barədə iddia da irəli sürülür.

Sərvətinin həcmi

“Forbes” jurnalı onun adını siyahıya 2005-ci ildə daxil edib. Həmin ildə onun sərvətinin həcmi 0,9 milyard dollar təşkil edib. 2006-cı ildə artıq bu rəqəm 3 milyard dollara, 2007-ci ildə 4,2 milyard dollara, 2008-ci ildə 5,9 milyard dollara yüksəlib. Lakin qlobal böhran onun da pulunu azaldıb. 2009-cu ildə Mixelsonun sərvəti 2,4 milyard dollara düşüb. 2010-cu ildə bu rəqəm 4,4, 2011-ci ildə 9,1, 2012-ci ildə 11,9, 2013-cü ildə 15,4, 2014-cü ildə 15,6 dollara yüksəlib. 2015-ci ildə Mixelsonun sərvətini Qərbin sanksiyaları və neftin ucuzlaşması nəticəsində 4 milyard dollar azaldıb.
Mənbə
Publika.az
Publika.azOğula atadan keçdi,10 ildə 15 dəfə artdı-
Oğula atadan keçdi,10 ildə 15 dəfə artdı-
Oğula atadan keçdi,10 ildə 15 dəfə artdı-
Oğula atadan keçdi,10 ildə 15 dəfə artdı-
Oğula atadan keçdi,10 ildə 15 dəfə artdı-
Geri qayıt