DataLife Engine > Dünya > WhatsApp-a qadağa qoyuldu

WhatsApp-a qadağa qoyuldu


1-05-2014, 01:13. Yerləşdirdi: Tural WhatsApp-a qadağa qoyuldu
İranda WhatsApp-a girişə qadağa qoyulub.


Bu barədə İSNA agentliyi xəbər verib. İran Baş Prokurorluğu yanında Cinayət tərkibi hallarının müəyyən edilməsi üzrə komitənin katibi Əbdüssəməd Xörrəmabadi bildirib ki, bu barədə qərar ötən ilin sonunda qəbul edilib (İranda il martın 21-də dəyişir).

Onun sözlərinə görə, buna baxmayaraq, İranın İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi bu qərarı yerinə yetirməyib. Komitə bununla bağlı nazirliyə növbəti dəfə xəbərdarlıq etmək məcburiyyətində qalıb. Xörrəmabadi WhatsApp-a girişə qadağa qoyulmasının səbəblərini açıqlamayıb.

musavat.com
Geri qayıt