DataLife Engine > Dünya, Idman > FİFA və UEFA-dan qalmaqallı qərar

FİFA və UEFA-dan qalmaqallı qərar


8-05-2015, 12:09. Yerləşdirdi: Esi FİFA və UEFA-dan qalmaqallı qərarSerbiyanın separatçı bölgəsi Kosovonun Futbol Federasiyası 2016-cı ildə FİFA və UEFA-ya qəbul olunacaq. Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Albaniyanın Futbol Federasiyasının prezidenti Armado Duka məlumat verib.

Onun sözlərinə görə, 2014-cü ilin yanvarında FİFA separatçı Kosovo bölgəsinin futbol federasiyasını qismən tanıyıb. Müvafiq razılaşma FİFA prezidenti Yozef Blatterin, Kosovo Futbol Federasiyasının rəhbəri Fadil Vokrri və Serbiya Futbol Birliyinin sədri Tomislav Karaciçin də də iştirak etdiyi Sürix görüşündə əldə edilib.

Kosovo yığması ötən il tarixində ilk dəfə rəsmi oyuna çıxıb.

Geri qayıt