» » Rusiyaya 14 bomba qoyuldu

Rusiyaya 14 bomba qoyuldu

Bölmə: Dünya
Rusiyaya  14 bomba qoyulduRusiya polisinin növbətçi hissəsinə yarım saat ərzində paytaxt Moskva da daxil olmaqla ölkənin 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub. Xalqinfo.az lent.az-a istinadən bildirir ki, bu barədə “RİA Novosti”-yə Moskvanın hüquq-mühafizə qurumlarındakı mənbə bildirib.

“Saat 18.55-dən 19.30-dək (Bakı vaxtı ilə 19.55-dən 20.30-dək) “02” xidmətinə Moskva, Samara, Orenburq, Omsk, Nijni Novqorod, Penza, Novosibirsk və Kazan daxil olmaqla Rusiyanın 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub”, deyə mənbə bildirib.

“Zənglər, əsasən, Ukraynadan daxil olub. Söhbət dəmiryolu vağzallarından gedir. Moskvadakı Leninqrad dəmiryolu vağzalında yoxlama aparılır”, deyə mənbə əlavə edib.

Son məlumata görə, hüquq mühafizə orqanları vağzallarda partladıcı qurğu aşkar etməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler