» » Müsəlman olmağa qərar verdi

Müsəlman olmağa qərar verdi

Bölmə: Dünya, Mədəniyyət
Müsəlman olmağa qərar verdiİrlandiyalı məşhur aktyor müsəlman olur. Aktyor bu qərarını İstanbula səfərindən sonra verib.
Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, irlandiyalı Liam Nison “The Sun” qəzetinə verdiyi açıqlamasında müsəlman olmağı düşündüyünü deyib.
O, İstanbula səfəri zamanı islam dinindən çox təsirləndiyini deyib: ”İslam dininin insanı özünə çəkən özəlliyi var. Müsəlmanların dua etməsi insanın ruhunu oxşayır. Gündə beş dəfə dua etmək üçün əzan verilir. İlk həftə bu vəziyyətə alışmasanızda sonradan bu səs sizin ruhunuzun dərinliklərinə yol tapır. Bunun dünyanın ən gözəl şeyi olduğunu başa düşürsünüz”.
62 yaşılı aktyor deyib ki, hər dəfə özü-özünə bu dünyaya niyə gəlməsi haqda suallar verirmiş.
İstanbulda 4 mindən çox məscidin olduğunu deyən aktyor bəzi məscidlərin görünüşünün belə islamı qəbul etmək üçün yetərli olduğunu söyləyib.
Qeyd edəki ki, məşhur aktyor 1952-ci ildə Şimali İrlandiyada anadan olub. Dəfələrlə “Oskar” mükafatına namizəd olaraq göstərilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler