» » "Toy atıcısı" həbsə göndərildi

"Toy atıcısı" həbsə göndərildi

Bölmə: Dünya
"Toy atıcısı" həbsə göndərildiToy karvanında atəş açan kişi 6 ay həbsdə qalacaq
Rusiyada toy karvanında silahla atəş açan şəxsin cəzası bəlli oldu. anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, "toy atıcısı" Əhməd Asmanov 6 ay azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli həbsxanada çəkəcək.

"RİA Novosti"nin məlumatına görə, Asmanov xuliqanlıq maddəsi ilə ittham edilib. "O öz günahını etiraf edib".

İnsident oktyabrın 25-də baş verib. Nəqliyyatda silahla atəş açanların maşınları VVAQ idarəsinin qarşısında müəyyən edilmişdi. Saxlanılan şəxsin üzərindən isə travmatik tapanca aşkarlanmışdı.

Qeyd edək ki, son illərdə toy karvanındakı maşında atəş açılması Rusiyada böyük ictimai rezonans doğurub. Oxşar hadisə 2012-ci ilin noyabrında da qeydə alınıb. O, zaman toy kortejindəki maşınlar yolu kəsmiş, bəziləri isə silahla atəş açmışdı. Hadisə ilə bağlı 15 nəfər saxlanılmışdı.

Analoji hadisələr sonradan da bir necə dəfə təkrarlanıb. Moskvada 18 yaşlı Azərbaycan vətəndaşı da bu əmələ görə məsuliyyətə cəlb edilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler