» » Türkiyədə dəhşətli qətlin üstü açıldı

Türkiyədə dəhşətli qətlin üstü açıldı

Bölmə: Dünya
Türkiyədə dəhşətli qətlin üstü açıldıPolis tərəfindən saxlanılan Azərbaycan vətəndaşı hadisənin necə baş verdiyini danışıb
Bu il dekabrın 13-də Türkiyədə, Qaziosmanpaşada özəl xəstəxanalardan birinin qarşısında törədilmiş qətlin təfərrüatı məlum olub. lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, həmin vaxt yaralı qadın xəstəxananın qarşısına yaxınlaşan ağ rəngli avtomobildən aşağı atılıb. Xəstəxanada reanimasiyaya yerləşdirilən qadının tapança ilə vurulduğu məlum olub. 23 yaşlı qadın vəziyyəti pis olduğundan başqa xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Qadının üzərində şəxsiyyətini müəyyən etməyə kömək edən hər hansı bir sənəd tapılmayıb. Qısa araşdırmadan sonra polis öldürülən qadının 23 yaşlı Yüksel Ela olduğunu müəyyən edib. Məlum olub ki, Yüksel Elanın öldürüldüyü gecə Azərbaycan vətəndaşı olan kişi S.B. ilə telefonla danışıb.

Bu faktın üzə çıxmasından sonra polis S.B.-ni saxlayıb. S.B verdiyi ifadəsində cinayət işinin açılmasına birbaşa təsir göstərəcək etiraflar edib. O, hadisə baş verən günü Yüksel Ela ilə birlikdə Sultanqazi qəsəbəsində qadın dostlarını götürməyə getdiklərini bildirib: “Ancaq qəfildən qadının əri qarşımıza çıxdı. O: "Arvadımı aparmağa gəlmisiniz? Onu pis yola salacaqsınız", - deyərək Elanın üstünə hücum çəkdi. Daha sonra da silahını çıxararaq Elaya atəş açıb qaçdı. Çox qorxmuşdum. Nə edəcəyimi bilmirdim. Onu xəstəxananın qarşısında qoyub oradan qaçdım”.

Polis bu ifadədən sonra şübhəli G.B-nin axtarışlarına başlayıb. Sultanqazi qəsəbəsində keçirilən əməliyyat zamanı G.B silahla polisə müqavimət göstərib. Lakin nəticədə G.B. ayağından vurularaq tutulub.

G.B. polisə ifadə verməkdən imtina edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler